Sədərək rayonunda “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamına əsasən Sədərək rayonunda mətbu orqanın yubiley tədbiri keçirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova 31 yaşlı rayonun illər öncəki qəhrəmanlığından bəhs edərək bildirib ki, Sədərək 90-cı illərdə  yurdumuzun qala qapısına çevrildiyi,  mərd duruşu ilə düşmənə sinə gərdiyi kimi bu gün də xainlərin ürəyinə qorxu salır.  100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışan baş redaktor onu da diqqətə çatdırıb ki,  qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.

 “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir”,-deyə baş redaktor bildirib.              

Tədbirin sonunda  “Oğuz yurdu” qəzetinin redaktoru Gülnarə Hüseynovaya “Şərq qapısı” qəzetinin fəxri fərmanı və hədiyyələr, qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin orqanı olan “Oğuz yurdu” qəzeti ilə fəal əməkdaşlıq edən Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri Ramiyə Əkbərova icra hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: