Kəlbəcərin mərkəzində elektrik enerji xətləri bərpa edilib - VİDEO

A- A A+

“Azərişıq” ASC Kəlbəcər rayonunun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə qurumdan məlumat verilib.

Məlumata görə, hazırda Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.

Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik veriliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansiyasınadək uzanır.

Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni “Əhmədli” yarımstansiyası da inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq “Zağalı” xətti Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: