Naxçıvanda əhalinin sosial müdafiəsi bundan sonra da diqqətdə saxlanacaq

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə  keçirilib. NUHÇIXAN-ın məlumatına görə tədbirdə çıxış edən  nazir Cavid Səfərov bildirib ki, bu il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində mövzu ilə bağlı keçirilən müşavirədə təmsil etdiyi qurumun da  qarşısına mühüm vəzifələr qoyulub. Nazirlik artıq  payız-qış aylarında  mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq işlərinə başlayıb. Həmçinin, nazirliyin tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görülür. Verilmiş tapşırıqların icrası ilə bağlı nazirlikdə tədbirlər planı hazırlanıb və aidiyyəti qurumların bu sahədə fəaliyyətləri müəyyənləşdirilib. O da vurğulanıb ki, Dövlət Məşğulluq Xidmətinə  qazanxanalarda işləyən mövsümü işçilərin təlimatlandırılması ilə bağlı göstərişlər  verilib.  Eyni zamanda tapşırılıb ki, Dövlət Sosial Təminat Xidməti tənha, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin payız-qış mövsümündə ehtiyaclarına uyğun olaraq geyim və digər zəruri vasitələrlə təmin olunması istiqamətində işləri davam etdirməlidir. Bundan başqa Ahıllar Evinin təminatına diqqət artırılmalı, kənd xidmət mərkəzlərində mövcud olan çatışmazlıqlar aradan qaldırılmalıdır.

Artıq 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumların inzibati binalarına baxış təşkil olunub. İstilik, su və kanalizasiya xətlərinin istismara yararlığı yoxlanılıb. Baxış zamanı aşkar edilən nöqsanlar aradan qaldırılıb.

Sonra payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.

                                                                                     Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: