Ağdamda ekskavator yol tikintisi zamanı minaya düşüb, xəsarət alan var

A- A A+

Ağdam rayonunda yol tikintisi zamanı mina partlayışı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə Xaçınçay ərazisində baş verib.

Ekskavatorun tank əleyhinə minaya düşməsi nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: