Ordubad internat məktəbinin şagirdləri tibbi müayinədən keçirilib - VİDEO
Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərdən ibarət həkim briqadası Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.
Ambulator müayinələr zamanı 39 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin vidoematerialı təqdim edir:
Mahmud Hüseynov