Şərur təsərrüfatçıları bu il 1374 hektarda kartof, 183 hektarda soğan yetişdiriblər - VİDEO
Şərur rayonunda kartof və soğan yığımı mütəşəkkil həyata keçirilir.
Rayonun ailə təsərrüfatçıları builki mövsümdə 2056 hektarda tərəvəz, o cümlədən 1374 hektarda kartof və 183 hektarda soğan yetişdiriblər. Rayonun Cəlilkənd, Zeyvə, Xələc, Düdəngə, Xanlıqlar, Aralıq və digər yaşayış məntəqələrində səbzə-tərəvəz bitkilərinin əkinlərinə daha çox üstünlük verilir. Hazırda ailə təsərrüfatçıları yetişdirdikləri kartof, soğan, pomidor və digər tərəvəz məhsullarının tədarükü ilə məşğuldurlar. Yaxşı haldır ki, məhsul yığımı xüsusi texnikaların qüvvəsi ilə həyata keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının Şərur rayonunun təsərrüfatçıları ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov