Şahbuz şəhərində yeni mərasim evi inşa olunur - VİDEO
Son illər Şahbuz rayonunda mərasim evlərinin tikintisi diqqət mərkəzində saxlanılır. Bu günə kimi rayonun 10-a yaxın yaşayış məntəqəsində mərasim evi inşa olunub. Bu günlərdə Şahbuz şəhərində də yeni mərasim evinin inşasına başlanılıb.
Şahbuz şəhərindəki Heydər Əliyev prospektində inşası davam etdirilən 100 yerlik mərasim evində kişilər üçün zal, mətbəx və təsərrüfat otağı yerləşəcək. Hazırda binada hörgü və suvaq işləri görülür.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Novruz Məmmədov