Əcnəbilər ölkəmizdə müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydaları haqqında maarifləndirilib - FOTOLAR

A- A A+

Öz hüquq, azadlıq və vəzifələrini, eyni zamanda miqrasiya qanunvericiliyini bilməyən əcnəbilər məsuliyyətə cəlb oluna, habelə qanunsuz miqranta çevrilə bilərlər. Bu baxımdan Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mütəmadi olaraq səmərəli və effektiv mübarizə tədbirləri həyata keçirilir.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə əcnəbilərlə keçirilən maarifləndirici görüşdə danışılıb. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda keçirilən görüşdə Xidmətin əməkdaşları bildirib ki, həyata keçirilən çoxşaxəli və uğurlu siyasət, nəticə etibarilə miqrantların Naxçıvan Muxtar Respublikasına marağını daha çox cəlb etməklə bərabər, onların diyarımıza müxtəlif məqsədlərlə səfər etmələrinə də geniş imkanlar yaradıb.

Görüşdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma və yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər barədə də geniş məlumatlar verilib.

Sonra tədbir iştirakçılarına Xidmət tərəfindən hazırlanan və miqrasiya qanunvericiliyini əhatə edən maarifləndirici bukletlər paylanılıb.

Tədbirin yekununda əcnəbilərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: