Aralıq kəndində keçirilən humanitar tibbi aksiyada 36 sakin tibbi müayinələrə cəlb olunub - VİDEO
Naxçıvanda aztəminatlı ailə üzvlərinin tibbi müayinə və müalicələrin aparılması məqsədilə humanitar tibbi aksiyaların təşkili davam etdirilir. Bu dəfə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin 15 nəfərdən ibarət heyəti Şərur rayonunun Aralıq Kənd Sahə Xəstəxanasında humanitar tibbi aksiya keçirib. 36 kənd sakini tibbi müayinələrə cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: