Naxçıvanşünaslıq Mərkəzində “Şərq qapısı”nın yubileyi qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində mətbu orqanın yubiley tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev “Şərq qapısı” qəzetinin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı rolundan, ictimai-siyasi həyatın tarixiləşdirilməsindəki əhəmiyyətindən bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mehriban Sultanova bildirib ki, redaksiyada istər jurnalist peşəkarlığı, istərsə də poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verəcək, müasir iş şəraiti yaradılıb. Muxtar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün “Şərq qapısı”nda təcrübəli jurnalistlərlə yanaşı, gənc əməkdaşlar da çalışır.      

Bildirilib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbirinin bu mərkəzdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Naxçıvanşünaslıq Mərkəzi Naxçıvanın tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini, iqtisadiyyatını, sosial və ictimai dəyərlərini öyrənən elmi mərkəz, “Şərq qapısı” qəzeti isə bu dəyərləri təbliğ edən dövlətçilik məktəbidir.

Tədbirdə “Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kitabxanaçısı İsmayıl Quliyev çıxış edərək Naxçıvanşünaslığın təbliğində “Şərq qapısı” qəzetinin rolundan söhbət açıblar.
Tədbirin sonunda Naxçıvanşünaslıq Mərkəzində yaradılan, “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı-100, “İsmayıl Hacıyev-70”, “Qars müqaviləsi-100”, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” başlıqlarından ibarət sərgilərə baxış olub.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: