Bu gün COVID-19 əleyhinə 66 min dozaya yaxın peyvənd vurulub

240

Sentyabrın 25-də Azərbaycanda 65 min 861 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 min 218 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 293 min 590, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 700 min 96, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 593 min 494 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: