Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb

A- A A+

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Bu gün muxtar respublikada Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şəhidlərimizin əziz xatirəsi Naxçıvan şəhər Came və Kazım Qara Bəkir məscidində, Babək rayon Nehrəm qəsəbə məscidində, Ordubad rayon Anaqut kənd Allahşükür məscidində, Culfa rayon Əbrəqunus kənd məscidində, Şahbuz rayon məscidində, Kəngərli rayon Qıvraq qəsəbə məscidində, Şərur rayon Şərur şəhər məscidində  yad edilib. Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: