Naxçıvanda Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla anıldı - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün Anım Günü ilə bağlı muxtar respublikada bir sıra tədbirlər təşkil olunub. Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksi, Naxçıvan şəhərində və rayonlardakı xiyabanlar, şəhid məzarları ziyarət olunub, gənclərin Şəhidlər xiyabanına yürüyüşü olub, “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm sərgisi və Vətən müharibəsinə həsr olunmuş interaktiv dərs keçirilib.

Bu gün ölkəmizin hər yerində  şəhidlərimiz anıldı. Bir il öncə tarixi Qarabağımızın azad olunması üçün başlanan Vətən müharibəsində minlərlə qorxmaz igid ər cəbhəyə üz tutdu. Misli görünməmiş qəhrəmanlıq sərgiləyib dünya hərb tarixinə keçən cəsarət nümayiş etdirdilər. Son damla  qanlarınadək vuruşub 30 ildir, erməni tapdağında qalan torpaqlarımızı azad etdilər. Şanlı zəfər tariximizə adlarını qızıl hərflərlə yazdırdılar. Şanlı zəfərimizin qazanılmasında naxçıvanlı döyüşçülər də böyük şücaət göstərib Şuşaya bayraq sancanlardan oldular. Azərbaycana Şanlı Zəfəri qazandıran ölümsüz şəhidlərimizi böyük sevgi və minnətdarlıqla anırıq.

Məkanınız cənnət olsun...

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: