Linza taxanların nəzərinə

A- A A+

Amerika alimləri yatmazdan əvvəl linzaları çıxartmağı tövsiyə edir. Əks halda linzalarda yatmaq vərdişi korluğa səbəb ola bilər.

Görmənin korreksiyası üçün istifadə olunan kontakt linzalar bütün dünyada çox populyardır.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, yalnız ABŞ-da kontakt linzalardan 45 milyondan çox insan istifadə edir.

Kontakt linzalar çox rahatdır. Lakin belə linzalardan fasiləsiz istifadə gözə oksigenin daxil olmasına ciddi mane olur ki, bunun nəticəsində buynuz qışasının üzərində mikro deşiklər əmələ gəlməyə başlayır.

Mikrob və infeksiyalar bu deşiklərə asanlıqla düşə bilər. Bu isə öz növbəsində güclü iltihablara və hətta korluğa səbəb ola bilər.

Alimlər linzalardan yalnız vacib hallarda istifadə etməyi, yatmazdan əvvəl isə onları mütləq çıxartmağı tövsiyə edirlər. Bu gözlərə "nəfəs almağa" kömək edir və müxtəlif iltihablardan qoruyur.

Mütəxəssislər linzalardan 8 saatdan artıq (gün ərzində) istifadə etməyi tövsiyə etmirlər.

Bütün dediklərimiz rəngli linzalara da aiddir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: