NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunda Qurban bayramı münasibətilə kənd təsərrüfatı və yerli istehsal məhsullarının satışı yarmarkası təşkil olunub.
Bu dəfəki yarmarkaya istehsal müəssisələri və ailə təsərrüfatlarından 20 çeşiddə 8 tondan artıq kənd təsərrüfatı məhsulları çıxarılıb. Yarmarkada alıcılara əsasən yerli meyvə, tərəvəz və ət məhsulları təklif olunub. Həmçinin Ordubad limonu da bu məhsullar arasında yer alıb.
Qeyd edək ki, Qurban bayramı münasibətilə yarmarkaya 70-ə yaxın xirdabuynuzlu heyvan da çıxarılıb.
Cavid Səfərli