Bu il 76 aztəminatlı ailəyə köməklik göstərilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməkliklərin göstərilməsi davam edir. Bu məqsədlə Şərur, Babək və Sədərək rayonları üzrə 8 aztəminatlı ailəyə yanında balası olan iribuynuzlu qaramal verilib. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov bildirib ki, muxtar respublikada aztəminatlı ailələr həmişə diqqətdədir və onlara davamlı qayğı göstərilir. Dövlət dəstəyi ilə onların məşğulluğunun təmin olunması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib.
Sonra aztəminatlı ailə üzvlərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Qeyd edək ki, 2018-ci ilin ilk 8 ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 76 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Mədinə Rəhimli