Heydər Əliyev su anbarının ətrafında təmizlik aksiyası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etdiyi aksiyada su anbarının ətrafı təmizlənərək tullantı poliqonlarına daşınıb, ərazidə səliqə-sahman yaradılıb.

Qeyd edək ki, Şahbuz rayonu təbiətinin əsrarəngiz gözəllikləri, təbii bulaqları ilə şöhrət qazanıb. Rayona ölkəmizin hər bir bölgəsindən minlərlə insan gəlir.Turistlərin rayonun müxtəlif ərazilərində mənalı istirahətini təmin etmək, eləcə də ekoloji mühitin saflığının qorunub saxlanması məqsədilə  mütəmadi olaraq təmizlik aksiyaları keçirilir.

                                                          Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: