Naxçıvanda telekommunikasiya şəbəkələrinin payız–qış mövsümünə hazırlığı diqqətdə saxlanılır - FOTOLAR

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, muxtar respublikada telekommunikasiya şəbəkələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı başlanan monitorinqlər ilkin olaraq Naxçıvan şəhərində, Şərur, Babək və Kəngərli rayonlarında aparılır. Monitorinqlər zamanı avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Yerlərdə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, qəzalı vəziyyətdəki xətt və dirəklər yeniləri ilə əvəz olunur və digər nasazlıqlar aradan qaldırılır.

Avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqətdə saxlanılır. Əhaliyə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyimlə və zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Monitorinqlər zamanı qazanxanalara da texniki baxış keçirilir.

Həmçinin nazirliyin mütəxəssisləri tərəfindən internet verilişində qırılmaların qarşısının alınması məqsədilə rayon və kəndlərdə aparılan monitorinqlər də davam edir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinə payız-qış mövsümündə bütün yaşayış məntəqələrində fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət yetirilməsi, qəzalı vəziyyətdəki xətt və dirəklərin dəyişdirilməsi, müvafiq mal- material ehtiyatının yaradılması istiqamətində tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: