Sağlamlıq imkanları məhdud qonaqlar Naxçıvanda müalicə alır - VİDEO
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə edir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur, müalicələri ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin digər regionlarından olan daha 70 nəfər sağlamlıq imkanları məhdud şəxsin muxtar respublikaya səfəri təşkil olunub. Onlar Naxçıvanda yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov