Naxçıvan şəhərində tikinti–quruculuq işləri davam etdirilir - VİDEO
Bu gün qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni istehsal sahələri, sosial infrastruktur yaradılır. Genişmiqyaslı tikinti işlərinin aparıldığı Naxçıvan şəhərində inşa olunan 120 yerlik uşaq bağçasında tamamlama işləri görülür, Atabəylər məhəlləsindəki yaşayış binası isə əsaslı təmir olunur.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməldaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Novruz Məmmədov