Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib

A- A A+

Azərbaycanda artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: