Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur rayonunun Kərimbəyli kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan, çoxuşaqlı Babayevlər ailəsinə baş çəkilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ailə ilə görüş zamanı xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun köməklik göstərilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə görə öz minnətdarlıqlarını bildiriblər.