Naxçıvan-Sədərək magistralının ətrafına minə yaxın həmişəyaşıl ting əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda keçirilən yaşıllaşdırma aksiyası zamanı rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.

Aksiyada Naxçıvan-Sədərək magistralının Püsyan kəndindən başlayaraq sağ və sol tərəflərinə minə yaxın həmişəyaşıl ting əkilib. Əkilən tinglər suvarılıb və onlara aqrotexniki  qulluq göstərilib.

Əkilən yeni ağacların damcı üsulu ilə suvarılması üçün də su xətləri çəkilib və digər tədbirlər həyata keçirilib. Yaxın günlərdə həmin ərazilərdə çinar ağaclarının əkilməsi də nəzərdə tutulur.

Bu ilin yaz mövsümündə rayonda müxtəlif ərazilərə 1498 həmişəyaşıl ting əkilib. Eyni zamanda 2,5 hektarda yeni bağ salınıb, 2 hektarda isə bərpa işləri aparılıb.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: