Ordu xalqın xalq ordunun dayağıdır

A- A A+

Azərbaycan Respublikasının güclü dövlətçiliyinin göstəricilərindən olan ordu cəmiyyətin tərkib hissəsi kimi həmişə  hörmətlə əhatələnib. Ordu ictimai münasibətlərin əsasında  dövlətçiliyə sevgi, dövlətə sədaqət  dayanır. Xalq ordusuna inanır, ordu xalqa  güvənir. Beləki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının  Azərbaycan dövlətçiliyinə, Azərbaycan ordusuna  göstərdiyi  mənəvi kömək  ordu  ilə  xalqı  bir  vəhdətdə  birləşməsini təmin etdi. Sərhəddə  düşmən  ilə  üz-üzə  dayanan, döyüş  meydanında  düşməni  amansızcasına məhv edən  Azərbaycan  əsgəri, Azərbaycan  zabiti  xalqdan aldığı  birlik  və bərabərlik hissi, mənəvi dayaq  hissi  içərisində gecə və gündüz irəliləyərək  həm erməniləri  torpaqlarımızdan qovub çıxartdı, həm də  30 ilə  yaxın idi ki, düşmən tapdağı altında qalan  ərazilərimizi  düşməndən  azad  etdi.

Hərbi  andı  içib  komandirlərini, hərbi  hissənin  zabitlərini  valideynlərini  necə  xidmət  edəcəyinə  inandıran  Azərbaycan  əsgərinin baxışlarından dikələn sevinc, fərəh, qürur  aydınlığı sezilir, hiss olunurdu. Və böyük  fərəh  hissi  ilə  qeyd  etmək  istəyirəm ki, 44 günlük  Vətən müharibəsində Qarabağ torpaqlarında gedən müharibələr zamanı Azərbaycan Respublikasının  Prezidenti, Azərbaycan  Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab  İlham Əliyevin  müdrik, uzaqgörən  siyasəti  nəticəsində  “Dəmir  yumruq” əməliyyatının  həyata  keçirilməsi, ordu  ilə  xalqın  bir  yumruq  kimi  birləşməsi  erməni  əsgərinin, erməni  zabitinin, bir  sözlə  erməni  terrorçularının  başını  əzərək  torpaqlarımızı  işğaldan  azad  etmiş  olduq.

Müharibə zamanı cəbhə  bölgəsində  vuruşan əsgərin  jurnalistlərə  verdiyi  müsahibədə  bildirirdiki, Azərbaycan  xalqından  orduya olunan  mənəvi  dəstək  bizi  ölümsüz  edir, vuruşmaq   üçün  irəliyə  getmək  düşməni  məhv  etmək  bizdə  fərəh  hissi yaradır. Biz bu birlikdən güc alaraq 30 ildir  ağlayan, öz torpaqları  üçün  gözü  yaşlı  qalan  ana  və  bacılarımızın  göz  yaşlarını  silmiş  olacağıq.

Hərbi  sahədə apardığımız siyasət  özünü  tam  doğrultdu. Azərbaycan  ordusu  nəyə  qadir  olduğunu  döyüş  meydanında  təsdiqlədi. Ordumuz  əvvəlki  ordu  deyil. İşğaldan  azad  etdiyimiz  bütün  şəhər, qəsəbə  və  kəndlərimiz  yenidən  tikilib  abadlaşdırılacaq. Ulu  Öndər  Heydər Əliyevin  müstəqil  Azərbaycan dövlətinin  qurucusu olmaqla  yanaşı, həm də  müasir  Azərbaycan Silahlı  Qüvvələrinin  baş  memarıdır.

Azərbaycan  xalqının  əzmi  və  iradəsi, dövlətimizin  iqtisadi  gücü, müasir  ordu  quruculuğu  və  Xalq-Prezident   birliyi  ölkəmizin  qələbəsini  təmin  edən  mühüm  amillər  oldu. Azərbaycan  xalqı  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  qəhrəmanlıq  salnaməsi  yazdı, xalqla  ordunun mənəvi  birliyini  təmin etdi, özünün qalib  xalq  olduğunu  bütün  dünyaya  sübut  etdi  və  düşmən  üzərində  tarixi  Zəfər  çaldı.

Eşq  olsun,  Azərbaycan  dövlətinə,  Yaşasın  Azərbaycan  əsgəri. Qarabağ  Azərbaycandır!        

Pərviz Allahverdiyev

Naxçıvan Dövlət Universitetinin müəllimi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: