Ahıllar günü münasibətilə Şərur rayon sakini 100 yaşlı Laçın Tağıyeva ilə görüş keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun uzunömürlü sakini 100 yaşlı Laçın Tağıyevaya ilə evində görüş keçirilibuzunömürlü sakinə hədiyyələr təqdim olunub.

Görüşdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak edib. Tədbirdə bildirilib ki, muxtar respublikamızda ahıl şəxslərin, o cümlədən uzunömürlü insanların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətimizin əsas qayğılarındandır. Bu məqsədlə müvafiq işlər görülür, onlara müxtəlif sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır, zəruri sosial məsələləri yerində həll olunur.

Laçın Tağıyeva və ailə üzvləri göstərilən diqqət və qayğıya qayğıya görə dövlətimizə minnətdarlığını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: