Amerika alimləri müəyyən ediblər ki, Verdana kompüter şrifti gözlər üçün daha təhlükəsizdir. Göz əzələləri bu şriftlə yığılan mətnlərin oxunuşunda daha az gərginləşir. Hərflərdə kərtmələr olmadığından Verdana yaxşı "oxunaqlığa" malikdir.
NUHÇIXAN xəbər verir ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 punktdur. Məlumdur ki, monitor arxasında uzun müddətli oturmaq gözləri gərginləşdirdiyindən zərərlidir. İnsan gözü daha çox uzağa baxmaq üçün nəzərdə tutulub. Bundan başqa göz, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşdırılıb. Monitorlar isə işığı buraxır, əks elətdirmir. İş üçün isə adi məsafə yarım metrə qədərdir. Bu da zamanla gözün itiliyinə mənfi təsir edir.
Çoxları görmə qabiliyyətinin zəifləməsini hiss edirlər, digərlərində gözlər ağrayır, qaşınır və qızarır.
İndi hansı şriftin təhlükəsiz olduğunu biləndən sonra və kompüter arxasında çoxlu vaxt keçirtmək lazım olan insanlar gözlərini biraz az gərginləşdirə bilərlər.
Alimlər tərəfindən dəqiq müəyyən olunub ki, kompüter monitorlarının bütün növləri hətta maye kristallı monitorlar gözlərə zərərli təsir göstərir.