Arazboyu Dövlət Təbiət Yasaqlığında çöl heyvanlarının nümunəvi qışlaması üçün ehtiyat yaradılır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təşkil olunan biotexniki tədbir zamanı ehtiyat olaraq 1 tondan çox daş duz və 100 kipə yaxın qaba yem yasaqlığın müxtəlif ərazilərinə yığılıb.

Məqsəd dağ keçilərinin və dağ qoyunlarının bu ərazilərdə daha çox məskunlaşmasına şərait yaratmaqdır.

Biotexniki tədbirlər dağlıq ərazilərdə çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı davamlılığını artırır, onların duza olan tələbatı ödənir. Bir sözlə, onlarının qış fəslindən sağlam çıxmasına münbit şərait yaradır.

Qeyd edək ki, biotexniki tədbirlər bundan əvvəl Ordubad rayonunda həyata keçirilib. Biotexniki tədbirlərin  muxtar respublika ərazisində, xüsusən də yabanı faunanın daha geniş yayıldığı ərazilərdə davam etdirilməsi  nəzərdə tutulur.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: