"Instagram"da 60 dəqiqəyə qədər video yükləmək olacaq

A- A A+

"Instagram" sosial şəbəkəsi yüklənmiş videoların vaxtını "IGTV" tətbiqində əvvəlki yayım üsulundan imtina edərək bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

NUHÇIXAN İnformasiya Agentliyi "Qazeta.ru"ya istinadən xəbər verir ki, "IGTV" tətbiqi rebrendinqdən keçəcək və "Instagram TV" adlandırılacaq. Format "İnstagram"a yalnız video məzmununu izləmək üçün daxil olan istifadəçilər üçün əlverişli olacaq.

"IGTV" 2018-ci ilin iyun ayında təqdim edilib. Tətbiq istifadəçilərə videolar izləmək imkanı verən "YouTube"un mobil ekvivalenti olması nəzərdə tutulub, lakin bunu əldə edə bilməyib. Bir neçə ay sonra isə ABŞ-da "TikTok" Çin tətbiqi istifadəyə verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: