NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. 19 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 1 nəfərə inkubator aparatı, 2 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə inkubator və quş tükü təmizləyən aparat, 1 nəfərə isə iaşə xidmətinin göstərilməsi üçün avadanlıqlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 14-nü əlilliyi olan şəxslər, 1-ni şəhid ailəsi üzvü, 1-ni cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 1-ni isə ailə üzvləri sırasında qazi olan şəxslər təşkil edib.
Həmçinin təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona arpa-buğda qıran aqreqat verilib.
Qeyd edək ki, sosial qayğıya ehtiyacı olan, habelə məhdud fiziki imkanlı üzvü olan ailələrin özünüməşğulluğa cəlb olunması “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.
Mədinə Rəhimli