Bu barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Belə ki, ötən ay ərzində 709 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 534 texniki sənəd hazırlanıb, yeni yaranmış 38 daşınmaz əmlak obyektinə ünvan verilib, 117 torpaq sahəsinin plan ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 2 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Həmçinin Ordubad rayonu üzrə 161,78 hektar meyvə bağı, 50,82 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib. Kəngərli rayon inzibati ərazi vahidinin sərhədləri daxilində əkin dövriyyəsindən kənarda qalmış torpaqların əhatə etdiyi ərazilərin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Şərur rayonunun İbadulla, Kosacan, Kəngərli rayonunun Çalxanqala kəndinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntuları aradan qaldırılıb.