Daimi nümayəndəliyinin rəhbəri VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak edib.
Qeyd edək ki, sərgidə Naxçıvan Muxtar Respublikasının tarixindən, mədəniyyətindən və sosial-iqtisadi inkişafından bəhs edən 300-dən artıq kitab izləyicilərə təqdim olunur.