Culfa rayonunun ailə təsərrüfatçıları tərəfindən 1 ton 200 kiloqramdan çox alma hərbçilərə təhvil verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət dəstəyindən bəhrələnən, onlara yaradılan şəraitdən səmərəli istifadə edərək meyvə bağları salan Culfa rayonun ailə təsərrüfatçıları bağlarından topladıqları 1 ton 200 kiloqramdan çox alma məhsulunu sovqat kimi hərbi hissəyə göndəriblər.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə toplanan alma məhsulu  rayondakı hərbi hissəyə təhvil verilib. Görüş zamanı  bildirilib ki, əsgərlərlə həmrəylik nümayiş etdirilməsi, onlara sovqatların aparılması xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsidir. 

Qeyd edək ki, muxtar respublikada sakinlərin, dövlət qurumlarının, müəssisə və təşkilatların, ayrı-ayrı sahibkarlıq subyektlərinin hərbi hissələrə gələrək hərbçilərimizlə görüşməsi, onlara sovqat göndərməsi  artıq bir ənənə halını alıb.

                                                                                                                                                   Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: