Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Əmlak”ın yeddinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.
İnformasiya bülletenində Şərur və Şahbuz şəhərində yeni çoxmənzilli yaşayış binalarının açılışına dair rəsmi məlumatlar, Şahbuz rayonunda yeni torpaqların əkin dövriyyəsinə qatılması, qəbul edilmiş Dövlət Proqramlarında torpaqlardan səmərəli istifadə, onların mühafizəsi, uçotu və xəritələşdirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrasına dair yazılar verilib. Nömrədə daşınmaz əmlak sahəsində aktual olan qonşuluq münasibətlərinin hüquqi aspektləri barədə də ətraflı məlumat verilib.
Həmçinin daşınmaz əmlakın elektron qeydiyyatı sisteminin proqram təminatının yenilənməsi istiqamətində görülmüş işlər, xidmət tərəfindən göstərilən səyyar və elektron xidmətlər, xidmətin fəaliyyət istiqamətləri üzrə həyata keçrilmiş tədbirlərə dair xəbərlərə yer ayrılıb.