Yazıçılar Birliyində “Şərq qapısı” qəzetinin 100 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası  Yazıçılar Birliyində mətbu orqanının yubiley tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, “Şərq qapısı” qəzetinin baş redaktoru, əməkdar jurnalisti Mehriban Sultanova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, qəzetin məsul katibi Muxtar Məmmədov, əməkdar jurnalist Hüseyn Əsgərov, jurnalist  Elxan Məmmədov   “Şərq qapısı” qəzetinin  muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni inkişafında oynadığı rolundan bəhs ediblər.

Tədbirdə gənc şair  Sabrina Gültəkin   “Unudulmaz Naxçıvanım”  şeirini səsləndirib.

Tədbirin sonunda   “Şərq qapısı” qəzeti redaksiyasının  Yazıçılar Birliyinə və  redaksiya ilə  yaxından əməkdaşlıq edən Yazıçılar Birliyinin üzvlərinə  yubiley   hədiyyəsi və  “Müasir Naxçıvan” kitabı təqdim olunub.

 

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: