Naxçıvanda Yeni Azərbaycan Partiyası sıralarına qoşulanların 41 faizə yaxını gənclərdir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının gənc partiya üzvləri ilə  keçirilən görüşdə səsləndirilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov bildirib ki, hazırda təşkilatda 57 min 950 nəfər partiya üzvü birləşib. Cari ildə partiya sıralarımıza 1237 nəfər yeni üzv qəbul olunub ki, bunların da 1103 nəfəri gəclərdir. Onların da 759 nəfəri muxtar respublikamızın ali təhsil ocaqlarında təhsil alan tələbələrdir. Ümumi üzvlərin isə 41 faizə yaxını gənclərdir. Bu rəqəm onu göstərir ki, gənclər indiki siyasi iqtidara inanır və onun siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası özünün siyasi və ictimai ifadəsinin əsas vasitəsi kimi görür.

Görüşdə gənc partiya üzvlərinə vəsiqələr təqdim olunub, institutun ictimai və təhsil işlərində fərqlənən gənc partiya üzvləri mükafatlandırılıb

Sonra tədbir bədii hissə ilə davam edib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: