Dövlət Sərhəd Xidmətində (DSX) hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən həkim-terapevt, həkim-ümumi cərrah, həkim-uroloq, cərrah-uroloq, həkim travmatoloq-ortoped, anestezioloq-reanimatoloq, həkim radioloq, həkim-infeksionist, həkim-nevropatoloq, həkim-psixiatr, həkim mama-ginekoloq, cərrah mama-ginekoloq, həkim neyrocərrah, üst çənə cərrahı, həkim-kardioloq, həkim-sanepidemioloq, həkim-dermatoloq, həkim-otolarinqoloq, təcili yardım həkimi, tibb universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər, feldşer ixtisasları üzrə tibb təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.
DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçməli, fiziki cəhətdən sağlam olmalı, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər DSX-nin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri Z.Əliyeva küçəsi 30. Əlaqə nömrəsi: (012) 564-16-92, (012) 493-62-47.