Şahbuz şəhərində yeni mərasim evi tikilir

A- A A+

Son dövrlərdə muxtar respublikanın bütün bölglərində  inşa olunan mərasim evləri sakinlərin yas mərasimlərinin keçirilməsi zamanı qarşılaşdığı problemə son qoyub. Şahbuz rayonunda da bu sahədə mühüm işlər görülüb. Rayon kəndlərinin əksəriyyətinin dağlıq ərazilərdə yerləşməsi sakinlərin yas mərasimlərinin keçirilməsində bir sıra çətinliklər yaradırdı. Yaşayış sahələrinin həyətlərində yerlərin olmaması, payız– qış aylarında yağıntılar sakinləri bu sahədə ciddi problemlə qarşılaşdırırdı. Mərasim evlərinin tikintisi üçün iş adamları və sakinlər tərəfindən təşəbbüs göstərilir ki, bu da dövlət tərəfindən dəstəklənir, şərait yaradılır, köməklik edilir. Yaxın bir zamanda rayonun Yuxarı Qışlaq, Aşağı Qışlaq, Sələsüz, Mahmudoba, Kolanı, Badamlı, Külüs, Kükü, Keçili kəndlərində və Şahbuz şəhərində mərasim evləri tikilərək istifadəyə verilib. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbirlərin davamı kimi Şahbuz şəhərində yeni mərasim evi tikilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin köhnə binasının əsasında yenidən qurulan mərasim evində qadınlar və kişilər üçün ayrıca zallar nəzərdə tutulub. Binada həmçinin ibadət otağı, mətbəx və digər otaqlar da yerləşəcək. Hazırda söküntü işləri yekunlaşdırılıb. Daxildə və binanın fasadına suvaq işləri aparılır, dam örtüyü yenisi ilə əvəzlənir.

                                                                    “Oğuz səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: