Misdağ yatağı

A- A A+

Ordubad rayonu ərazisində olan Misdağ yatağı Vənəndçayın yuxarı hissəsində yerləşir və əsasən malaxit, xalkopirit, xalkozin minerallarından ibarətdir. Buradakı yataqlar faizli mislə müşahidə olunur. Onların tərkibində mis 0,3–8,25 faizə qədər, bəzən isə 21,56 faizə qədər olur. Misdağ filiz sahəsində iki mis-qızıl yatağı mövcuddur. Birincisi filiz sahəsinin mərkəzi hissəsini əhatə edir ki, Ağyurd yatağıdır. İkinci Kətəm-Kələki ərazsinin mərkəzi hissəsindən şimal-şərqdə yerləşən Şəkərdərə yatağıdır. Bu yataqlarda qızılın miqdarı 0,5 qram/ton, gümüş isə 13,2 qram/ton qədərdir. Qeyd edək ki, geoloji tədqiqat işləri zamanı Şəkərdərədə qədim mədən yerlərinin bərpa olunması ilə yanaşı, burada əsasən iki filiz zonası qeydə alınmışdır. 1-i Damar tipli mis filizləri, 2-si isə Mis-pirit filizidir.

                                                        “El həyatı”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: