Baytarlıq qurumlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün tikilən yeni inzibati binada son tamamlanma işləri aparılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın zirzəmi qatında arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının və dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Hazırda binanın daxilində və fasad hissədə son tamamlama işləri aparılır, həyətinə kilid daş döşənir, bordür düzülür, piyada yolu salınır, su və işıqlandırma sistemləri çəkilir.
Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.
“Yeni həyat”qəzeti