NUHÇIXAN xəbər verir ki, Şahbuz şəhərində inşa olunan çirkab sutəmizləyici qurğuda tikinti quraşdırma işləri yekunlaşdırılıb. Artıq avadanlıqların test-sınaq işləri həyata keçirilir.
Şahbuz şəhərinin "Ömərdərəsi" massivində inşa olunan qurğuda tikinti işlərinə 2017-ci ildən başlanılıb. Burada sel sularından qoruyucu istinad divarları, çökdürücü və digər hovuz, inzibati, 2 texniki və yardımçı binalar inşa olunub. Qurğuda Almaniyanın “Bovorks” şirkətinin mütəxəssisləri tərəfindən son texnoloji avadanlıqlar qurlaşdırılıb. Quraşdırılan avadanlıqlar vasitəsilə ilk olaraq suda olan böyük və xırda tullantılar təmizlənəcək. Əməliyyat və çökdürmə hovuzlarında isə su bir sıra texniki proseslərdən keçəcək. Qurğunun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İstifadəyə verildikdən sonra gündə 2800 kubmetr su təmizlənərək təsərrüfat üçün yararlı vəziyyətə gətiriləcək.
Novruz Məmmədov