Naxçıvanda eyni vaxtda 5 min nəfərin ibadət edə biləcəyi yeni məscid binası tikilir - VİDEO

A- A A+

Naxçıvanda dini-mədəni obyektlərin tikintisi və bərpası diqqətdə saxlanılır. Hazırda Naxçıvan şəhərində inşa olunan məscid binasında inşaat işləri sürətlə davam etdirilir. İnşa olunan iki minarəli və 15 günbəzli məscid kompleksi  6 min 400 kvadratmetr ərazini əhatə edir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün ibadət zalları, eləcə də mədrəsə var.

İnşaat işləri çərçivəsində Nuh Peyğəmbərin məzarüstü türbəsinin də ətrafı abadlaşdırılır.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:                                             

                                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: