Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

184

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 441 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 678 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 106 934, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 929 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 177 277 təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: