Şərurda 350 məktəbli profilaktik müayinəyə cəlb olunub - FOTOLAR
“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı”na əsasən Şərur Rayon Uşaq Xəstəxanasının həkimləri tərəfindən rayonun məktəblərində profilaktik müayinələr aparılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə 350 uşağın profilaktik müayinəsi aparılıb.
Müayinələr xəstəxananın pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq ixtisaslı həkimləri tərəfindən həyata keçirilib.
Müayinələr zamanı xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyatına götürülərək xəstəxanaya dəvət olunub. Müayinələrin məqsədi uşaqlar arasında xəstəlikləri əvvəlcədən aşkar edib, qarşısını almaqdır.
Qeyd edək ki, Şərur rayon məktəblərində bu gündən başlayan profilaktik müayinələr noyabrın 25 - nə kimi davam edəcək.
Adilə Səfərova