Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair Sərəncamından irəli gələn tapşırıqların icrasına başlanılıb

A- A A+

2021-ci il oktyabrın 16-da Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Nazirlər Kabinetindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: