Kəngərli rayonunda şəhid, qazi və aztəminatlı ailələr arasında müayinə və müalicələr aparılıb - FOTOLAR
Şəhid ailələri, qazi və aztəminatlı ailələr arasında müayinə və müalicələrin aparılması məqsədilə tibbi aksiyalar davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim heyəti Kəngərli rayonunda olub.
Tibbi aksiyada yüksəkixtisaslı həkim briqadası tərəfindən sakinlərin şikayətləri ətraflı dinlənilib. Onlar invaziv kardioloq, endokrinoloq, ümumi cərrah, neyrocərrah, travmatoloq-ortoped, oftalmoloq, otorinolorinqoloq, terapevt, USM üzrə funksional diaqnostika, nevropatoloq, nefroloq və digər müayinələr ilə əhatə olunublar.
Gün ərzində 121 rayon sakini 231 müayinədən keçirilib. Səhhətində problem aşkar olunanlara ilkin diaqnoz qoyulub, tibbi göstərişlər verilib, müalicə təyin edilib. 7 uşaq üzəridə fimoz əməliyyatı aparılıb, 1 nəfər ambulator cərrahi müdaxilədən yararlanıb. Kəngərli Rayon Mərkəzi Xəstəxanasında icrası mümkün olmayan digər müayinələr üçün xəstələr Diaqnostika Müalicə Mərkəzinə dəvət olunub.
Humanitar aksiyaların digər rayonlarda da ilboyu keçirilməsi nəzərdə tutulub.
Mədinə Rəhimli