Naxçıvanda şəhid və qazi ailələrinin mənzil şəraiti yaxşılaşdırılır - VİDEO
Vətən Müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərən şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı göstərilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulan imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə sosial dəstək proqramları həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı olaraq müvafiq kateqoriyadan olan daha iki ailənin yaşayış sahəsində aparılan təmir-bərpa işləri başa çatdırılıb, mənzil və fərdi yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Novruz Məmmədov