Naxçıvanda 9-11-ci sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək məqsədilə 9-11-ci sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə  start verilib. Müayinələrə ilk olaraq Kəngərli rayonundan başlanılıb, 276 məktəbli flüoroqrafiya edilib.

Müayinənin mütəşəkkil keçirilməsi üçün əvvəlcə şəhər və kənd məktəblərində müayinələrə cəlb olunacaq uşaqların  siyahıları tərtib olunub.

Kəngərli rayonunda keçirilən 9-11-ci sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələrinə, ümumilikdə Qıvraq qəsəbəsində 147, Şahtaxtı kəndində isə 129 şagird cəlb edilib.  Xəstəlik halları aşkar edilməyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispansari tərəfindən profilaktik flüoroqrafik müayinələr indiyədək 3 kənd, 2 şəhər  məktəbini  əhatə edib. Kəngərli rayonunun Xok, Böyükdüz və Qarabağlar kəndlərində və Naxçıvan şəhərinin 5 və 14 nömrəli məktəblərində indiyədək 469 şagird flüoqrafiya müayinəsindən keçirilib. 2 şagird xəstəliyə şübhəli bilinərək dispanserə dəvət edilib. Kəngərli rayonundan start verilən müayinələr noyabrın sonunadək davam edəcək.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: