Babək rayonunda bələdiyyə torpaqlarının idarə olunmasında səmərələliyin artırılması diqqətdə saxlanılır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu  barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə  təşkilatçılığı ilə Babək rayonunda keçirilən eyniadlı tədbirdə danışılıb.  

Rayonun Şəkərabad kəndində təşkil olunan tədbirdə qeyd olunub ki, bələdiyyə mülkiyyətində olan torpaqların icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanan müqavilə əsasında, bazar məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Bələdiyyələr icarəyə verilən kənd təsərrüfatı torpaqlarının istifadə vəziyyətini və icra şərtlərinə əməl olunmasını daim nəzarətdə saxlamalı, torpaq vergisini və icarə haqqının müəyyən olunan müddətdə ödənməsini təmin etməlidirlər.

İştirakçılara torpaq sahəsindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarından təyinatına uyğun olmayan başqa məqsədlər üçün edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan cərimələr və Azərbaycan Respublikası Cinayət Məcəllləsində nəzərdə tutulan məsuliyyət barədə də  məlumatlar verilib.

Tədbirdə bələdiyyə sədrləri ilə torpaqların icarəyə verilməsi məsələləri geniş müzakirə olunub, onları maraqlandıran sualları cavablandırılıb. 

                                                   Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: