Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komitə,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur şəhərində yaşayan xüsusi qayğıya ehtiyacı olan, çoxuşaqlı Hüseynovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları tərəfindən xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun köməklik göstərilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, öz minnətdarlıqlarını bildiriblər.