Avropa İttifaqı Azərbaycanda koronavirus pandemiyasına və onun fəsadlarına qarşı aparılan mübarizəni dəstəkləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Bakıda keçirilən “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) fotosərgisinin bağlanış mərasimində deyib.
Səfir qeyd edib ki, Avropa İttifaqı koronavirusa qarşı dərmanların ədalətli bölüşdürülməsini nəzərdə tutan COVAX beynəlxalq platformasının tərəfdarıdır.
O, həmçinin pandemiyaya qarşı tədbirlər çərçivəsində Azərbaycanda Aİ-nin dəstəyi ilə tibbi heyət üçün təlimlərin keçirildiyini də diqqətə çatdırıb.